Enerji
Türkiyəli ekspert: “Azərbayacan qazının bizim üçün böyük önəmi var”
“Türkiyə olaraq hazırda təbii qaza olan ehtiyacımızın
100-də 55 faizini Rusiyanın hesabına ödəyirik ki, bu da olduqca
risklidir”.
Publika.az bildirir ki, bu sözləri musavat.com-a
açıqlamasında türkiyəli analtik Bekir Aktaş deyib. O bildirib ki,
bundan 2 il öncə Rusiya ilə Türkiyə arasında yaşanan “təyyarə
böhranı” çox söz deməyə əsas verir:
“Bu şəkildə riskli münasibətlər olduğu halda Rusiyadan təbii qaz
idxalında 55 faiz asılı olmaq, Türkiyənin çıxarlarına uyğun deyil.
Azərbaycanla olan münasibətlərimizə baxdıqda isə görürük ki, hələ
keçmişdən bəri iki ölkə arasında güclü, güvənli, sağlam
münasibətlər var. Türkiyə təbii qaz idxalı üçün xaricdə ciddi
şəkildə maddi qaynaq axtarmaqdadır. Bu qaynağın dostumuz,
müttəfiqlikdən də üstün qardaşlıq əlaqələrimizin olduğu Azərbaycana
getməsini daha çox istərdik.
Elə bu səbəbdəndir ki, TANAP layihəsi Türkiyə tərəfindən çox
dəstəkləndi. Eyni zamanda, Türkiyənin “Şahdəniz” layihəsindəki
payı, 19 faizə qaldırıldı.
Həmçinin Türkiyə hələ TANAP-ın inşaat müddəti daha təsdiqlənmədən
bu layihə çərçivəsində gələn qazı almaq üçün müqavilə imzaladı.
Azərbaycan Türkiyə üçün güvənilən bir tədarükçüdür. Bu səbəbdən də
Azərbayacan qazının Türkiyə üçün böyük önəmi var. Bunun “Türkiyə
petrolları”na önəmi odur ki, biz, özümüzün çıxardığımız təbii qazın
100-də 19 faizinə sahib olduq və “Şahdəniz” layihəsinin qazını
Türkiyəyə gətirəcəyik. “Türkiyə petrolları” şirkəti olaraq əsas
məqsədimiz Türkiyənin neft və təbii qaz ehtiyacını mümkün olduğu
qədər yüksək nisbətdə qarşılamaqdır. Azərbaycandan Türkiyənin də
ortaq olduğu layihədən ölkəmizə təbii qazın gəlməsi, bizim də
strategiyamıza uyğun bir haldır. Yuxarıda da qeyd etdiyim kimi bu
məsələdə 100-də 55 faiz Rusiyaya bağlıyıq və bu faizi mümkün olduğu
qədər aşağı salmaq, eyni zamanda təhlükəsizlik tərəfindən də ən
kiçik bir problemimizin olmadığı Azərbaycana yer vermək
istəyirik”.
Ekspert onu da qeyd edib ki, Türkiyənin təbii qaz alması
ölkə daxilində kömürün istehsalına mənfi təsir
etməyəcək:
“Enerji və təbii sərvətlər nazirimizin Türkiyənin enerji
strategiyası ilə bağlı baxışı budur ki, iqtisadiyyatı sürətlə
böyüyən ölkəmizin enerji tələbi də çox sürətlə böyüməkdədir. Ona
görə də enerjinin qarşılanmasında mümkün olduğu qədər yerli
qaynaqları istifadə etməyi düşünürük. Lakin texniki olaraq bu,
mümkün deyil. Çünki rezervlərimiz bəllidir. Buna görə də təbii
olaraq biz, xarici qaynaqlara da müraciət edəcəyik. Lakin təbii qaz
idxalının artımı, heç də kömürdən imtina etmək mənasını vermir.
Əksinə, yerli qaynaq olduğu üçün kömürə daha çox yer verməli
olduğumuzu bilirik. Yəni enerji nazirimiz bu cür söyləyir”.
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat13 May 19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə13 May 18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video













.jpg)












.jpg)






.jpg)


