Enerji
“Cənub Qaz Dəhlizi”nin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olur - Pərviz Şahbazov
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz arasında görüş keçirilib.
Publika.az-a nazirlikdən verilən məlumata görə, görüşdə BP şirkəti ilə əməkdaşlığın hazırki vəziyyəti və “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə edilib.
Bildirilib ki, “Cənub Qaz Dəhlizi”nin BP-nin operatorluğu ilə həyata keçirilən hissələri – “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri tamamilə başa çatmaqdadır. Hər iki layihə, eləcə də Trans-Anadolu (TANAP) boru kəməri layihəsi üzrə işlərin gedişatı ilk qazın cari ilin ortalarına planlaşdırılan nəqlinə imkan yaradacaq. Qəri Counz fevralın 15-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısına hazırlıq və müzakirəyə çıxarılacaq məsələlərlə də maraqlanıb. Hazırlıq işləri barədə məlumat verən energetika naziri Pərviz Şahbazov bildirib ki, “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olur. Layihənin qrafikə uyğun həyata keçirilməsində Məşvərət Şurasının iclaslarının mühüm rolu olub. Budəfəki toplantı da ötən dövr ərzində görülmüş işləri birgə nəzərdən keçirməklə yanaşı, növbəti hədəfləri birgə müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq.
Görüşdə həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü Sazişindən irəli gələn məsələlər, BP-nin iştirak etdiyi digər enerji layihələri, eləcə də dünya enerji bazarındakı son vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
-
Dünya05:15Keçmiş porno aktrisa senator oldu - FOTO
-
Qoroskop03:13Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu



















.png)

















