Enerji
Maroş Şevçoviç: "Türkmənistanın "Cənub Qaz Dəhlizi"nə qoşulması müzakirə edilir"
"Cənub Qaz Dəhlizi" işlər əvvəlcədən proqnozlaşdırıldığı kimi gedir.
Publika.az xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi strateji əhəmiyyətə malikdir və bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihələrdən biri olacaq: "Avropanının bu sahədə starategiyası həyata keçirilməyə başlayandan bəri Cənubi Avropa ölkələrinin bu layihələrə qoşulması üçün işlər aparılır. Biz çox məmnunuq ki, Bolqarıstan və Ruminiya interkollektorlar vasitəsilə bu layihəyə qoşulmağa qərar veriblər. Bu layihəyə maliyyə dəstəklərinə gəlincə, Avropa Maliyyə strukturları bu istiqamətdə işlər aparır".
Vitse-prezident qeyd edib ki, TANAP layihəsinə ötən il Avropa Yenidənqurma Bankı tərəfindən 500 milyon, Transadrik layihəsinə isə 1.5 milyard avro kredit ayrılıb: " Bu isə bir daha Avropa İttifaqının bu layihələrə marağını göstərir".
Onun sözlərinə görə, hazırda Türkmənistan qaz ehtiyatlarını və Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir: “Bu gün isə türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqların marağını görürük və şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsinə bizə dəstək olur”.
M. Şevçoviç bildirib ki, bununla bağlı Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev ilə də danışıqlar aparılıb və razılığa gəlinib.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"











.jpg)














.jpg)











