Enerji
"Azərenerji” borclarını ödəyə bilməyəcək" - Beynəlxalq qurumdan ŞOK AÇIQLAMA
““Azərenerji”nin kapital strukturunda əvvəl olduğu kimi yenə də yüksək risklərin olduğunu düşünürük.
Bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, buna səbəb “Azərenerji”nin borc öhdəliklərinin 85%-nin xarici valyutada olması və şirkətin məzənnədəki dəyişiklik riski ilə hələ də üz-üzə qalmasıdır. “Bu riski kompensasiya etmək üçün şirkətə xarici valyutada heç bir əsaslı pul axını mövcud deyil. Düşünürük ki, “Azərenerji”yə hökumət tərəfindən hazırkı müstəsna maliyyə dəstəyi olmasa, növbəti üç il ərzində şirkət yüksək borc öhdəliklərini yerinə yetirməkdə və 1 milyard manat (600 mln. dollar) həcmindəki əsaslı investisiya ehtiyacını təmin etməkdə çətinliklə üzləşəcək. Belə başa düşürük ki, Strateji Yol Xəritələrinə uyğun olaraq “Azərenerji” aktivlərinin keyfiyyətini artırmaq üçün kapital qoyuluşu planlayır. Eyni zamanda, şirkətin xərc strukturu da yaxşılaşıb və bizim 2018-ci il üçün baza ssenarimizə əsasən deyə bilərik ki, “Azərenerji” 2017-ci illə müqayisədə əməliyyat fəaliyyətindən daha stabil gəlir əldə edəcək. Bu isə 2015-ci ilə müqayisədə 2 dəfə çoxdur,” – deyə məlumatda qeyd olunub. (apa)
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi





































