Enerji
Cənub Qaz Dəhlizi layihəsinə 30 mlrd. dollardan çox vəsait xərclənib
"Bu ilin aprelin sonunadək Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait sərf olunub".
Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ümumi layihə dəyəri 22,7 mlrd. dollar təşkil edən "Şahdəniz -2" layihəsi üzrə aprelin sonuna 17,7 mlrd. dollar xərclənib: “Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərin hesabat dövrünə 4,2 milyard dollar təşkil edib, layihənin ümumi dəyərinin isə 4,5 milyard dollar təşkil edib”, - deyə Ə.İsayev vurğulayıb.
Ə. İsayev bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 5,4 mlrd. dollar təşkil edib: "Layihənin ümumi dəyəri 8 milyard dollar təşkil edir. Bu il iyunun 12-də Əskişəhərdə boru kəmərinin istismara verilməsi ilə bağlı mərasim keçiriləcək".
Ə.İsayev Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə 2,9 mlrd. avro xərcləndiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd. avro olduğunu qeyd edib.
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız























.jpg)














