Enerji
“Cənub Qaz Dəhlizi” Avropanın enerji xəritəsini dəyişən layihədir” - Yusif Bağırzadə
“Cənub Qaz Dəhlizi” öz həcminə və əhəmiyyətinə görə Avropanın enerji xəritəsini dəyişən bir layihədir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi ilə Xəzər hövzəsi qazı Avropaya ötürüləcək: “Bu, Aralıq dənizi bölgəsində olan dövlətlərin Xəzərdə olan qazla qovuşmasına gətirib çıxaracaq. “Cənub Qaz Dəhlizi” əhəmiyyətinə görə 90-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş “Bakı-Tbilisi-Ceyhan” layihəsinə analoji bir layihədir. Yəni bu, faktiki olaraq hazırda Azərbaycanın Avropa və dünyaya verdiyi böyük bir enerji töhfəsidir. Bu ağır vaxtlarda, yəni Rusiya və Türkmənistan qazının kifayət qədər alıcı tapmadığı dövrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “Bakı-Tbilisi-Ceyhan” layihəsi və əsası Prezident İlham Əliyev tərəfindən qoyulan “Cənub Qaz Dəhlizi” Azərbaycan üçün çox önəmli hadisədir. Bu, həm də Azərbaycanın Avropanın iqtisadi məkanına inteqrasiya etməsi deməkdir. Sözügedən kəmərin Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunması o deməkdir ki, Azərbaycan Avropaya iqtisadi inteqrasiya edir".
Y.Bağırzadə bildirib ki, gələcəkdə Türkmənistan qazının da bu xətt vasitəsilə Azərbaycan üzərindən Avropaya nəqli gözlənilir.
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar






















.jpg)














