Enerji
Azərbaycanda üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi hədəfinə uyğun olaraq Energetika Nazirliyi Asiya İnkişaf Bankının dəstəyi ilə üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçirəcək.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Nazirlər Kabineti “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihənin icrasına icazə verib. Asiya İnkişaf Bankı tərəfindən məsləhətçi şirkətin seçilməsi üçün tender prosesi yekunlaşdıqdan sonra layihə üzrə işlərə başlanması planlaşdırılır.
Layihə çərçivəsində Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılması, həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi, eləcə də müasir norma və prinsiplərin tətbiq edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Energetika Nazirliyi alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə mövcud potensialın qiymətləndirilməsi, bu istiqamətdə həyata keçiriləcək layihələrin müəyyənləşdirilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı kompleks tədbirlər görür.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"














.jpg)



.jpg)









.jpg)








