Enerji
"Azərişıq" 7 ayın hesabatını verdi
"7 ay ərzində "Azərişıq" ASC-yə "ASAN xidmət" vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət olub".
Publika.ax xəbər verir ki, bu sözləri “Azərişıq” ASC-nin Perspektiv İnkişaf və "ASAN xidmət"lə iş idarəsinin rəisi Elsevər Rüstəmli 2018-ci ilin geridə qalan 7 ayı ərzində görülən işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin əhali abunentlərini elektrik şəbəkəsinə qoşhlması ilə bağlı 327 nömrəli qərar verib:
"Qərar əsasında evinə, bağına və ya həyətinə 20 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən,1 fazalı xətlə elektrik enerjisi çəkdirmək istəyən abonentlər üçün qoşulma haqqının vahid məbləği müəyyən edilib".
Bildirilib ki, ümumilikdə 2018-ci ilin arxada qalan 7 ayı ərzində “Azərişıq” ASC-nin “ASAN” brendi vasitəsiilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb. Mart ayında “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu”, may ayında isə “yük hesabatının hazırlanması” və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb.
E.Rüstəmli onu da qeyd edib ki, həmin xidmətlərin hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət daşıyır:
“Ələxsus sıralamada 13-cü olan “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidməti istehlakçılar üçün çoxdan gözlənilən xidmət hesab olunur. Çünki "Azərişıq" ASC-nin balansında olmayan istehlakçıların balansında olan elektrik avadanlıqlarının istismarı zamanı, qəzalar, zədələnmələr, yanğınların qarşısının alınması və ya ortaya çıxan problemlərin aradan qaldırılması üçün bu xidmət olduqca vacib xidmətdir. “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsi ilə göstəridiyi 13 xidmət arasında heç şübhəsiz əhali və qeyri-əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiq abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri də xüsusi önəm daşıyır. Bu səbəbdəndir ki, "Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib”.
Həmçinin “Azərişıq" ASC-nin rəsmi saytında "Elektrik şəbəkəsinə necə qoşulaq" adlı xüsusi bölmə yaradılıb və texniki şərtlərin verilməsinin yenilənmiş yeni qaydaları əks olunub. Ələxsus sosial şəbəkələrlə iş intensivləşdirilib “Azərişıq" ASC” adlı “facebook”, “azerishiq.az” adlı “instagram” səhifələrində bütün yeniliklər, tariflər özünə yer alıb, şikayət və təkliflər bu dəqiqə də qəbul edilməkdədir. ASC-nin əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN kommunal” mərkəzlərində qəbul olunurdusa, ilin əvvəlindən etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində sahibkarların müraciətləri qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınıb, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib. Aparılan islahatlar və yeniliklərdən sonra 2018-ci ilin 7 ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsi ilə 11500-ə qədər evinə, bağına yaxud həyətinə işıq çəkdirmək istəyən vətəndaş, 1700-ə qədər obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkar müraciət edib. Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisnao lmaqla müraciətlərin böyük əksəriyyəti icra olunub.Ümumilikdə isə 7 ay ərzində “Azərişıq” ASC-yə“ASAN xidmət” vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə101 min müraciət edilib".
-
Magazin208:00Sezon finalının tarixi açıqlandı
-
Səhiyyə07:30Bu amil ürək tutması riskini ikiqat artırır
-
Region06:46Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi - FOTO
-
Magazin206:16Məşhur aktyorun sevgilisi tamamilə çılpaq poza verdi - FOTO
-
Sosial03:43Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz






















.jpg)











