Enerji
ABŞ strateji neft ehtiyatlarını satışa çıxarır
ABŞ strateji neft ehtiyatlarının 11 milyon barrelini satışa çıxarır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Enerji Departamentinin (DOE) məlumatında deyilir. Bildirilir ki, strateji neft ehtiyatları oktyabrın 1-dən 30-dək satışa çıxarılacaq.
ABŞ hökuməti noyabr ayından etibarən OPEC-in üçüncü ən böyük neft istehsalçısı olan İranın neft sektorunu hədəf olan sanksiyalar tətbiq etməyə hazırlaşır. Birləşmiş Ştatların strateji neft ehtiyatlarını satışa çıxarması isə İrana qarşı sanksiyalardan sonra bazarda yaranacaq boşluğu doldurmaq məqsədi daşıyır.
DOE ilin əvvəlindən strateji neft ehtiyatlarının 5,2 milyon barrelini “Valero Energy Corp” və “Phillips 66.” daxil olmaqla ümumilikdə 5 şirkətə satıb.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) ötən həftə açıqladığı məlumata görə, ölkənin strateji neft ehtiyatları 660 milyon barrel təşkil edib.
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
















.jpg)






.jpg)












