Enerji
“Brent” neftinin qiyməti 100 dolları keçə bilər - PROQNOZ
“Brent” markalı neftin bir barrelinin qiyməti 100 dolları keçə bilər.
Bu proqnozla “FACTS Global Energy”nin rəhbəri Fereidun Fesharaki çıxış edib.
“İranın neft təchizatının tamamilə dayanması vəziyyətində digər böyük istehsalçılar bu boşluğu asan doldura bilməyəcəyi üçün “Brent”in bir barrelinin qiyməti 100 dolları keçə bilər. ABŞ-dakı şist nefti istehsalçıları demək olar ki, maksimum səviyyədə hasilat həyata keçirir. Buna görə də, ABŞ-ın şist neftinin bazarda İran boşluğunu dolduracağına inanmaq məntiqsizdir. Neftin qiymətinin 100 dollar/barrelə yüksəlməsi isə ABŞ və Çinin ticari gərginliyindən asılıdır”, - deyə o bildirib.
Qeyd edək ki, “Brent” 2014-cü ildən bəri 100 dollar/barrelə yüksəlməyib. Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 78,10 dollara satılır. (azərtac)
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO




























.jpg)










