Enerji
Nazir: Bu, Bakının strateji hədəfidir
Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvada səfərdə olan energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib.
Energetika Nazirliyindən Publika.az-a bildiriblər ki, P.Şahbazov “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları” mövzusunda çıxış edib. Nazir çıxışında yeni texnologiyaların enerji sektoruna təsiri, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması kimi məsələlərin ölkələrin enerji siyasətində prioritetə çevrildiyini qeyd edib. Azərbaycanın enerji sektorunda qlobal çağırışlara uyğun islahatyönümlü kompleks tədbirlərin həyata keçirilməsindən danışan nazir bildirib ki, bütün bu tədbirlər energetika sektorunda effektiv tənzimləmə sayəsində müsbət nəticə verə bilər: “Tənzimləyici orqan artıq formalaşdırılıb. Enerji sektorunda çevik, şəffaf və yüksək keyfiyyətli idarəetmənin təmin edilməsi Azərbaycan dövlətinin strateji hədəfidir və dövlətin bütün dəstəyi bu sahənin modernləşdirilməsinə və effektiv tənzimlənməsinə yönəlib”.
Qeyd edək ki, tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak ediblər.
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

















.jpg)








.jpg)










