Enerji
STAR regionun iqtisadi xəritəsini dəyişə bilər - ŞƏRH
“STAR neft emalı zavodunun işə salınmasının böyük siyasi əhəmiyyəti var. Bu, AzərbaycanlaTürkiyə arasında olan qardaşlığın göstəricisidir”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəki Aydın Mirzəzadə Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılışının əhəmiyyətindən danışarkən deyib.
Millət vəkili layihənin iqtisadi imkanlarından danışıb:
“STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.
STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək”.
A.Mirzəzadə bu layihənin regionda iqtisadi xəritəni dəyişə biləcəyini deyib:
“Bu, Azərbaycan və Türkiyə dostluğunun sarsılmaz gücünün göstəricisidir. Bu iki qardaş ölkənin regionun iqtisadi xəritəsnin dəyişmək imkanında olduğunu və daima bir olacaqlarını sübut edir”.
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər



































