Enerji
Neft qiymətləri üçün ÜÇ SSENARİ: Ən pessimist…
Rusiya Federasiyasının Mərkəzi Bankı ən yaxın üç ildə ölkə iqtisadiyyatının inkişafının üç ssenarisini hazırlayıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, ssenarilər neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq fərqlənir.
Optimist ssenari hesab edir ki, dünya bazarlarında “qara qızıl”ın bir barrelinin qiyməti 75 dollardan yuxarı olacaq. Orta ssenari neftin qiymətinin 55 dollar olacağını güman edir. Ən pessimistik ssenari isə qiymətlərin 35 dollara qədər düşməsindən ibarətdir.
Amma Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina hesab etmir ki, 2019-2021-ci illərdə üçüncü - ən pis ssenari reallaşacaq.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 63,86 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 54,75 dollara alıcı axtarır.
Bu gün isə ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin aşağı düşməsinə görə Səudiyyə Ərəbistanına təşəkkür edib. Son aylarda neftin bir barrelinin qiymətinin 82 dollar səviyyəsindən 54 dollara gerilədiyini xatırladan ABŞ prezidenti qiymətlərin daha da ucuzlaşmalı olduğunu deyib.
Ömər
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

















.jpg)








.jpg)










