Enerji
Təcili Putinin yanına uçdu: gözlər Sankt-Peterburqdan gələn CAVABA YÖNƏLDI
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) neft hasilatının ixtisarı haqqında yeni razılaşma ilə bağlı son qərarı qəbul etmək üçün Rusiya prezidenti Vladimir Putinin qərarını gözləyirlər.
Publika.az xəbər verir ki, bu haqda OPEC-in Vyana sammitində iştirak etmək üçün toplaşan nümayəndə heyətlərindəki mənbələrə istinadən “Blomberg” agentliyi bildirib.
Agentlik iddia edir ki, Moskva hasilatın ixtisarına həvəssizdir. “Blomberg”in məlumatına görə, Rusiyanın energetika naziri Aleksandr Novak Putinlə operativ danışıqlar aparmaq üçün Sankt-Peterburqa uçmağı planlaşdırır.
“Yalnız Rusiya mövqeyinin elanından sonra OPEC-də konsultasiyalar davam edəcək, çünki dünya neft hasilatında Moskvanın payı Səudiyyə Ərəbistanından başqa, təşkilatın bütün üzvlərinin payını əhəmiyyətli dərəcədə ötür.
“Biz neft hasilatının əhəmiyyətli ixtisar olunması haqqında Rusiyanın müqaviməti ilə rastlaşmışıq”, - agentliyin anonim mənbəyi şikayətlənib.
Qeyd edək ki, əvvəlcə Səudiyyə Ərəbistanı və OPEK ölkələri neft hasilatını gündəlik 1,3 milyon barel ixtisarı etməyi planlaşdırırdılar. Bu halda, Rusiyadan gündəlik 300-350 min barel azaltmağı tələb edirlər. Rusiya isə öz növbəsində, bildirir ki, hasilatı yalnız 140-150 min barel azaltmağa hazırdır. İndi OPEK yeni parametrləri müzakirə edir. Söhbət gündəlik 500 min barel ixtisardan gedir.
Ömər
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”

































