Enerji
Dünyada ilk üzən AES-in sınaqları başa çatır
Dünyada ilk üzən atom elektrik stansiyası (AES) olacaq “Akademik Lomonosov”un birinci enerji blokunun sınaqları başa çatır.
Publika.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, “Akademik Lomonosov” enerji bloku layihəsi üzən atom istilik elektrik stansiyasının tərkibində olacaq və 100 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin edəcək üç reaktorla təchiz ediləcək.
Mütəxəssislər bildirirlər ki, enerji blokundan Şimal və Uzaq Şərqin rayonlarında istifadə ediləcək. Onun başlıca məqsədi ucqarda olan sənaye müəssisələrini, liman şəhərlərini və açıq dənizdə neft-qaz platformalarını elektrik enerjisi ilə təmin etməkdir.
“Akademik Lomonosov” enerji blokunun kompleks sınaqları 2018-ci ilin noyabrında başlayıb. Cari ilin payızında onu Peveka limanına köçürəcəklər. Enerji bloku orada sıradan çıxmaqda olan Bilibinsk AES və Çaunsk İstilik Elektrik Mərkəzini əvəz edəcək.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi




























.jpg)








