Enerji
Azərbaycandan Xəzər dənizində tarixi rekord - FOTO
JOCAP (Joined Operating Company Absheron Petroleum) "SOCAR Absheron" və "Total E&P Absheron" bərabər paylarla iştirak etdiyi birgə müəssisə) operatoru olduğu "ABD-001" yatağında qazma işləri zamanı "Kaspian Drilinq Kompani Limited" MMC-nin idarəçiliyi altında olan Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olub.
Publika.az xəbər verir ki, quyu bu il aprelin 15-də saat 13:00-da 7411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatıb.
Bu, Xəzər dənizində indiyədək qazılmış ən dərin quyudur.
Qazma qurğusu "Kaspian Drilinq Kompani Limited" MMC-nin rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilib, sınaqdan keçirilib və qurğuya ümummilli lider Heydər Əliyevin adı verilib. Hazırkı quyu Heydər Əliyev adına yarımdalma qazma qurğusunun qazdığı ilk quyudur.
Əldə olunmuş böyük nailiyyətlə əlaqədar layihənin bütün iştirakçılarını səmimi qəlbdən təbrik edirik.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi




























.jpg)








