Enerji
ADB Azərbaycanda üzən günəş stansiyaları layihəsinə vəsait ayıra bilər
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda üzən günəş stansiyaları ilə bağlı iri layihə üçün vəsait ayırmaq məsələsini araşdıra bilər, əgər hökümət buna maraq göstərsə.
Publika.az xəbər verir ki, bunu “Report”a müsahibəsində bildirən ADB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovun fikrincə, Azərbaycan regionda bu kimi yenilikçi texnologiyalar tətbiq edən ilk ölkəyə çevrilə bilər.
“Layihənin həyata keçirilən pilot variantı səmərəli olsa, gələn il layihənin daha irimiqyaslı variantı üçün xarici sərmayələr cəlb etməyə dair hərtərəfli müzakirələr başlayacaq”, – deyən ADB nümayəndəsi pilot layihə üçün qrantı ötən ilin avqust ayında ayırdıqlarını, həmin qrantı Azərbaycanla yanaşı, Əfqanıstan və Qırğız Respublikasının da aldıqlarını qeyd edib: “Azərbaycanda pilot layihə cədvələ uyğun icra olunur. Yaxın vaxtlarda ADB missiyasının səfəri gözlənilir. Səfər çərçivəsində layihənin icra vəziyəti ilə tanışlıq keçiriləcək, növbəti, o cümlədən hökumətin qərarı zəruri olan məsələlərə dair addımlar müəyyənləşdiriləcək”.
Qeyd edək ki, günəş stansiyalarıının üzən panellərinin Böyükşor gölündə yerləşdirilməsini nəzərdə tutan “Üzən günəş paneli sistemlərinin inkişafına dair texniki dəstək və bilik mübadiləsi” layihəsi Nazirlər Kabineti tərəfindən təsdiqlənərək ADB-nin dəstəyilə Energetika Nazirliyi tərəfindən icra olunur.
Layihə çərçivəsində Böyükşorda hərəsi 100 kVt gücündə üç fotovoltaj sistemi quraşdırılacaq. ADB tərəfindən 17 avqust 2018-ci il tarixində təsdiq olunmuş “Floating Solar Energy Development” adlı layihə üç ölkədə üzən günəş stansiyaları yaratmaq üçün texniki dəstəyi nəzərdə tutur.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...











.jpg)






















.jpg)


