Enerji
Nazir Səudiyyədəki hücumdan danışdı: "İndiyədək belə bir hadisə olmayıb"
"Son vaxtlar neftin qiyməti çox həssas olub. Buna rəğmən qiymətlərin yenə də sabit qalması ondan xəbər verir ki, beynəlxalq neft bazarında əsas iqtisadi amillər dəyişmədən qalır".
Publika.az xəbər verir ki, bunu YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında energetika naziri Pərviz Şahbazov bildirib.
Səudiyyə Ərəbistanının neft sənayesi müəssisələrinə edilən hücumla bağlı danışan nazir qeyd edib ki, bu cür hadisələr neftin qiymətinə qısa müdətdə təsir göstərir:
“Səudiyyə Ərəbistanında baş verən hadisə həqiqətən də aid hadisə deyil. Ümumiyyətlə, neft-qaz sahəsi üzrə ekspertlərin araşdırdığıma görə dünya neft sənayesi tarixində indiyədək bu və digər hadisə nəticəsində belə azalma olmayıb. Belə ki, bu hadisə zamanı 5,7 milyon barel gündəlik neft hasilatında azalma oldu. Nə İraq müharibəsi zamanı, nə də digər kataklizmlər zamanı bu qədər azalma olmayıb. Amma eyni zamanda Səudiyyə Ərəbistanı rəsmilərinin ayın sonunadək hasilatın bərpa ediləcəyinə dair verdikləri zəmanətə əsasən neftin qiyməti dəyişmədən qalır. Səudiyyə Ərəbistanının neft istehsalçıları heç bir həyəcan keçirmir. Görünür, onların neft ehtiyatları kifayət edir ki, istehlakçıların təminatını bərpa etsinlər. Amma bir daha qeyd edirəm ki, bu hücum həqiqətən də çox çox ciddi hadisədir. Bununla belə neft bazarına o qədər də böyük təsir etmir”.
Səxavət
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi


















.jpg)







.jpg)








