Enerji
OPEK-in təcili toplantı keçirməsi istisna olunur – Pərviz Şahbazov
Bu il ölkəmizdə 38,7 milyon ton neft hasilatı gözləyirik.
Publika.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycan neftinin hasilatında gələn il kiçik həcmdə artım qeydə alınacaq.
“2020-ci ildə isə hasilat yenə əvvəlki səviyyədə olacaq”, – deyə nazir bildirib.
Səudiyyə Ərəbistanının neft sənayesi müəssisələrinə hücumdan sonra Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEK-in təcili toplantısının keçirilib-keçirilməyəcəyinə dair sualı cavablandıran nazir bu iclasın keçirilməsinin istisna olunduğunu bildirib:
“Dünən OPEK-in baş katibi Məhəmməd Barkindo ilə telefon söhbətimiz oldu. Yaranmış böhranı ətraflı müzakirə etdik. İlk günlər belə bir görüşün keçirilməsinə dair düşüncə olub. Ancaq bu gün neftin dünya bazarında qiyməti sabitdir. Böhran yaşanmır. Əgər Səudiyyə Ərəbistanının nəzərdə tutduğu addımlar atılsa, heç bir təcili toplantıya ehtiyac qalmayacaq”.
Səxavət
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi


















.jpg)







.jpg)








