Enerji
Azərbaycanlı milyarder: "Neft qıtlığı..."
Səudiyyə Ərəbistanının neft sənayesinə edilən hücumlardan sonra dünya bazarında "qara qızıl" çatışmazlığı yoxdur.
"Report" xəbər verir ki, bu barədə "LUKoil" şirkətinin rəhbəri Vahid Ələkbərov "Rusiya energetika həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda müxtəlif ölkələrdə olan neft ehtiyatları olduqca yüksəkdir, buna görə qiymət dərhal bərpa olunur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco"nun iki ən böyük müəssisəsinə sentyabrın 14-nə keçən gecə dronlarla hücum olub. Hücuma görə məsuliyyəti yəmənli qiyamçılar - husilər öz üzərinə götürüb. Zərbələrin yaratdığı partlayışlar və yanğınlar nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı gündəlik 9,8 milyon bareldən 5,7 milyon barelə qədər azalıb. Səudiyyə Ərəbistanı itirilmiş istehsal gücünün tam həcmini (gündəlik 12 milyon barelə qədər) noyabr ayının sonuna qədər bərpa etməyi planlaşdırır.
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi


















.jpg)







.jpg)








