Enerji
Qazın təzyiqinə nəzarət gücləndirildi - Dekabrın ortasına kimi...
Qış mövsümündə əhalinin təbii qaza tələbatı da artır. Bəs, təbii qazla fasiləsiz, dayanıqlı təminat üçün ölkədə qazlaşdırma ilə bağlı görülən işlər hansı səviyyədədir?
"Mövsümə hazırlıqla bağlı ilin əvvəlindən tutulan proqram əsasında qrafik üzrə qurulan işləri davam etdiririk".
Bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Publika.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, işlər daxilində artıq noyabrın əvvəlinə 1500 km-dən çox qaz xəttinin yenilənməsi, yeni xətlərin çəkilməsi statistik olaraq qeydə alınıb. 500 km-dən çox xətt isə əsaslı təmir olunub:
"Amma bu heç də o demək deyil ki, bununla iş yekunlaşır. Çünki "Azəriqaz" İstehsalat Birliyi eyni zamanda regional qaz istismar idarələri, o cümlədən Bakı Regional Qaz İstismarı Departamentinin daxili imkanları hesabına da iş görür. Bu da haradasa 300 km-dən çox qaz xəttinin əsaslı şəkildə təmir olunub yenilənməsi ilə bağlıdır. Yeni yaşayış məntəqələri və massivlərinin açılışlarını da davam etdiririk. Artıq 70-dən çox belə məntəqə və massivin bölgələrdə açılışları baş tutub. Bu il üçün qəbul olunmuş Dövlət Proqramı əsasında ümumilikdə 92 yaşayış məntəqəsi və massivinin qazlaşdırılmasını başa çatdırmalıyıq. Çox az bir hissəsi qalıb, əksər işlər tamamlanıb. Bu işlər tamamlandığı üçün onların təxminən dekabrın ortalarına qədər tam təhvil verilməsi mümkün olacaq.
BAKININ YAŞAYIŞ MASSİVLƏRİNİN QAZLAŞDIRILMASI VƏ TƏNZİMLƏNMƏ İŞLƏRİ
Bakı şəhərində isə sırf yaşayış massivlərinin qazlaşdırılması işləri aparılır. Və bu ilin tədbirlər planına uyğun olaraq 22 yaşayış massivində qazlaşdırma işlərini həyata keçirməliyik. Bunlardan artıq biri istifadəyə verilib, açılışı baş tutub. 11-də iş tamamlanıb, 10-da isə işlər davam etdirilir. Bunların da yaxın vaxtlarda yekunlaşdırılacağı gözlənilir. Bundan başqa qazın təzyiqinə, soyuq vaxtlarda sərfiyyatın artmasına uyğun olaraq tənzimlənmə işləri də davam etdirilir. Tənzimlənmə işlərinə əsasən rejimlərin optimallaşdırılması ilə prosesin nəzarətdə saxlanılması daxildir. "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru tərəfindən xüsusi tapşırıq var. Bu barədə İstehsalat müşavirəsi də keçirildi. Orada da tapşırıqlar verilib ki, qazın ayrı-ayrı yerlərdə təzyiqinə nəzarət gücləndirilsin. Artıq gündəlik sərfiyyatda artım var. Əgər yay aylarında 7-8 milyon kubmetr gündəlik sərfiyyat qeydə alırdıqsa, qış aylarında fərqli rəqəmlər ortaya çıxır-19-21 milyon kubmetr. Ən soyuq vaxtlarda isə təcrübə onu göstərir ki, maksimum 35 milyon kubmetrə qədər arta bilər. Bunların hamısına hazırlığımızı tam həyata keçiririk.
Nəzərə çatdırım ki, qaz anbarlarında kifayət qədər ehtiyat var. Hətta ötən ilkindən artıq tədarük görülüb. İstənilən yerdə qaz təchizatı ilə bağlı yaranan problemin dərhal aradan qaldırılması üçün 104 və 185 saylı çağrı mərkəzimiz öz işini daha da gücləndirib. Qaynar xəttə düşməyənlər 077 304 104 nömrəli vatsap qaynar xəttimizə yaranan problemi görüntülü də göndərə bilərlər".
Qeyd edək ki, paytaxtda qazlaşdırılma işlərinə bu ilin sentyabr ayından başlanılıb və hazırda 9 məntəqə üzrə istismara qəbul prosesi aparılır. Daha 9-da isə iş tamamlanıb.
Bölgələrdə isə bu il qazlaşdırma işlərinin sürətləndirilməsi üçün tərtib olunmuş proqram əsasında aprel ayından etibarən 92 kənd və qəsəbə, eləcə də yaşayış massivində qazlaşdırılma işlərinə start verilib. Hazırda 72 yaşayış məntəqəsində qaz açılışları baş tutub. 19 yerdə istismara qəbul prosesi aparılır, cəmi bir yerdə - Goranboy rayonunun Goran qəsəbəsində son tamamlanma işləri görülür.
-
Rəsmi xronika13:30
Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
-
Qoroskop12:57
Ən əsəbi 3 bürc - Gözlərinə görünməyin, nə edəcəkləri bəlli olmaz
-
Nida Xəbər 11:52
Heydər Əliyev və xanımı film təqdimatında - FOTO
-
MDB11:30
Ukrayna ŞOKDA: Görün vurulan Rusiya PUA-sında nə tapıldı - FOTO
-
MDB11:00
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
-
Region10:30
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi