Enerji
Neftlə bağlı gözlənilməz proqnoz - Qiymət bu həddə çatacaq
“Brent” markalı neftin qiyməti 2050-ci ilədək istehsal xərclərinin yüksək və resursların az olması səbəbi ilə bir barel üçün 183 dollara çata bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsinin (EIA) illik uzunmüddətli proqnoz hesabatında bildirilib.
Gələcəkdə enerji resurslarından istifadə haqqında qanunlarda ciddi dəyişikliklərin baş verməyəcəyi halda “Brent” markalı neftin bir barrelinin qiyməti 105 dollara qədər bahalaşa bilər. Lakin, aşağı istehsal xərcləri və resurs çoxluğu vəziyyətində qiymət bir barrel üçün 46 dollara qədər düşə bilər.
Proqnoza görə, ABŞ-da neft hasilatının pik nöqtəsi 2022-ci ildə olacaq və gündə 14 milyon barrel təşkil edəcək. Şist hasilatının daha az məhsuldar sahələrə keçəcəyi və neft hasilatının azalacağı səbəbindən neft hasilatı həcmləri 2045-ci ilə qədər bu göstəriciyə yaxın vəziyyətdə dəyişəcək. Bütün bunlara baxmayaraq Birləşmiş Ştatların ümumi istehsal həcmində şist yağının payı 2050-ci ilə qədər 73 faizə çatacaq. 2045-ci ildən sonra ABŞ-da neft hasilatının azalmas gözlənilir.
Daha əvvəl EIA, ABŞ-da gündəlik hasilatı ötən ilki 12,29 milyon barrelə nisbətdə 2020-ci ildə 13,3 milyon barrel səviyyəsində gözlənildiyini və 2021-ci ildə hasilatın 13,7 milyon barrelə qədər artacağını bildirib.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO


















.jpg)







.jpg)








