Enerji
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.
Bunu Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.
Onun sözlərinə görə, mövcud hava durumu ilə əlaqədar əlavə mal-material və texnika da ayrılıb:
"Ötən gecədən başlayaraq güclü küləklə müşaiyət olunan yağışlı hava "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisində olan Göyçay, Ağsu ,"Bakı" RETSİ-nin ərazisində olan Abşeron rayonu ərazisində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaradıb. Əməkdaşlarımızın operativliyi nəticəsində fasilələr qısa müddətdə aradan qaldırılıb".
"Azərişıq" rəsmisi abunəçilərdən xahiş edib ki, baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün "Çağrı Mərkəzi" ilə əlaqə saxlasınlar:
"Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik ki, elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza ilə üzləşdikdə 24 saat fəaliyyət göstərən 199 saylı "Çağrı Mərkəzi" ilə əlaqə saxlasınlar. Xatırladım ki, son illər "Azərişıq"ın elektrik şəbəkələrində apardığı yenidənqurma işləri nəticəsində istehlakçılar ölkə boyu dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur".
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

















.jpg)







.jpg)








