Enerji
Azərbaycandan İtaliyaya uzanan nəhəng layihə tamamlanır: ilin sonunda...
“Şahdəniz 2” yatağının qazını Avropaya daşıyacaq Trans Adriatik Boru Xəttinin (TAP) dənizin içindəki 105 kilometrlik hissəsinin inşası tamamlanıb.
Publika.az xəbər verir ki, bu barədə TAP-ın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, layihədə İtaliya və Albaniya sahillərinin biri-birinə bağlanması üçün işlərə yanvar ayında start verilib. Adriatik dənizinin dibindən keçən 9 min boru 810 metr dərinlikdə quraşdırılıb. Beləliklə, 878 km uzunluğundakı TAP-ın 105 kilometrlik hissəsi tamamlanaraq yeni mərhələyə keçid edilib. Bu da layihənin 95%-nin tamamlanması deməkdir.
İlin sonunda boru xəttindən Avropaya ilk qaz transferinin həyata keçirilməsi planlaşdırılır.
Azərbaycanın “Şahdəniz 2” yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP Türkiyə-Yunanıstan sərhədində Trans Anadolu boru kəmərinə (TANAP) bağlanıb.
Cənub Qaz Dəhlizinin Avropa qolunu əhatə edən TAP Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya 10 milyard kubmetr qaz nəql edəcək.
TAP-ın 20%-i BP, SOCAR və “Snam”ın əlindədir. Layihədə “Fluxys” 19, “Enagas” 16, “Axpo” 5% hissəyə sahibdir.
Zümrüd
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO















.jpg)





















