Enerji
Bərpa olunan enerji mənbələrinin payı 30%-ə çatdırılacaq
Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 may tarixli iclasında təsdiq ediImiş "Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlb edilməsi üzrə Tədbirlər Planı”nın icrası müzakirə edilib. On tədbir üzrə görülən işlər diqqətə çatdırılıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrin icrası istiqamətində torpaqla bağlı məsələlərin həll edildiyi, külək-ölçü müşahidə stansiyalarının quraşdırıldığı, “Enerji alqı-satqı Müqaviləsi”, “İnvestisiya Müqaviləsi”, “Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi” və “Torpaq İcarə Müqaviləsi” sənədlərinin investorlara təqdim edildiyi və imzalanmanın gələn aya planlaşdırıldığı qeyd olunub. İnvestorlara veriləcək maliyyə və qeyri-maliyyə öhdəlikləri üzə dövlət zəmanətləri müəyyənləşdirildiyi, layihələrin iqtisadi, ekoloji və sosial qiymətləndirilməsinin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, şəbəkənin gücləndirilməsi və layihələrin şəbəkəyə inteqrasiyası ilə bağlı enerjisistemin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən müvafiq texniki şərt layihələri və qoşulma sxemləri hazırlanıb, eyni zamanda ən optimal variantın seçilməsi üzrə tədbirlər davam etdirilir.
Qeyd olunub ki, qoyuIuş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılması məqsədilə elektrik şəbəkəsinə qoşulacaq əlavə güclərin dövrlər üzrə optimal həddinin müəyyən edilməsi tədbiri üzrə məsləhətçi şirkət cəlb etməklə müvafiq təkliflərin hazırlanmasına başlanılıb. Bərpa olunan enerji üzrə əlavə güclər üçün ərazilərin müəyyən edilməsi və hərraca çıxarılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı təkliflər təqdim etmiş şirkətlərlə əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.
Bərpa olunan enerji mənbələri ərazilərində elektrik stansiyalarının tikintisinə icazələrin və istismara qəbulun sadələşdirilmiş prosedurlarının hazırlanmasından irəli gələn məsələlər də müzakirə edilib.
-
ABŞ02:27ABŞ İrana qarşı yeni hava zərbələrinə başladı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir












.jpg)
.jpg)






















