Enerji
Şuşanın elektrik təchizatı ilə bağlı "Azərişıq"dan AÇIQLAMA
“Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir”.
Publika.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar yeni çəkilən elektrik veriliş xətti vasitəsi ilə elektrik enerjisi ilə təmin olunub: “İndi əsas hədəfimiz Şuşa şəhərini də ən qısa vaxtda dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir. Bunun üçün artıq mal-material göndərilib, yeni xəttin çəkilişi ilə bağlı işlər görülür. Dağ və meşəlik həmçinin çətin relyefli ərazilər olmasına baxmayaraq “Azərişıq” əməkdaşları qarlı-şaxtalı havada işlərini fədakarlıqla görür. Başqa bir təhlükə isə iş gedən ərazilərdə ermənilərin basdırdığı minalardır. Bunun üçün əvvəlcə ərazidə mina axtaranlar işləyir. Müəyyən olunmuş layihə üzrə ərazilər minalardan təmizlənir, daha sonra isə xətlərin çəkilişi həyata keçirilir. Mümkün olduğu ən qısa vaxtda “Şükürbəyli” yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunacaq. Əmin edirik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün "Azərişıq" dövlət başçısının müvafiq tapşırıqlarını ən qısa vaxtda layiqincə yerinə yetirəcək. Qarabağ Azərbaycandır!”.
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı




















.jpg)







.jpg)










