Enerji
"Dostluq" yatağının kəşfi layihəyə mühüm töhfədir - İbrahim Əhmədov
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişaf tarixinin yeni səhifəsidir.
Bu sözləri Publika.az-a açıqlamasında SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
O qeyd edib ki, "Dostluq" Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən yatağın yeni adıdır: "Azərbaycanda bu yataq əvvəllər "Kəpəz", Türkmənistanda isə "Sərdar" adlanırdı. Yatağın birgə işlənməsi ilə bağlı danışıqlar əvvəllər aparılıb. İndi isə bu, iki ölkənin nümayəndələrinin imzaladığı memorandum formasında öz əksini tapıb. Sovet dövründə azərbaycanlı mütəxəssislər burada kəşfiyyat işləri aparıblar. Bu, neft-qaz yatağıdır. Yatağın təxmin olunan ehtiyatı onu "Qarabağ" kimi yataqlarla eyni sıraya qoymağa imkan verir. Ehtiyatlar müasir seysmik kəşfiyyat üsulları ilə dəqiqləşdiriləcək. Bu, həm də Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişaf tarixinin yeni səhifəsidir. Bu baxımdan birgə layihənin yeni adı - "Dostluq" rəmzi xarakter daşıyır".
İ.Əhmədov əlavə edib ki, hazırda Azərbaycan-Türkmənistan arasında neft-qaz sənayesində əməkdaşlığın bəlkə də yeni dövrünün astanasındayıq və yatağın yeni adı da bu baxımdan olduqca rəmzidir: "Ölkələrimizin etnik və dini yaxınlığı da bu əməkdaşlığın perspektivli olmasına zəmin yaradır. İmzalanan memorandum "Dostluq" yatağının işlənməsi istiqamətində atılan ilk addımdır. Düşünürəm ki, qarşıdakı aylarda yataqda müasir üsulla kəşfiyyat işlərinin aparılması, yatağın işlənməsi üçün lazımlı əlavə infrastrukturun texniki parametrləri, mühəndis layihə işləri, eləcə də kommersiya məsələləri müzakirə olunmalı və öz həllini tapmalıdır. Layihənin başlanğıc nöqtəsində olsaq da, bunu da qeyd etməliyik ki, Azərbaycan neftçiləri "Dostluq" yatağını kəşf etməklə artıq layihəyə mühüm töhfə veriblər".
SOCAR rəsmisi qeyd edib ki, bizim Xəzər dənizində infrastrukturumuz, regionu Avropanın və digər bölgələrin bazarları ilə birləşdirəcək neft və qaz kəmərlərimiz var: "Bu, hasil olunan məhsulun beynəlxalq bazarlara çıxarılması üçün tələb olunan xərclərə qənaət etməyə imkan verəcək. Həmçinin, Azərbaycanda digər yataqların işlənməsi üçün dənizdə yaradılmış kommunikasiya xətləri, eləcə də Xəzərin qapalı hövzəsini dünya bazarlarının üzünə açan beynəlxalq neft və qaz kəmərlərinin mövcudluğu "Dostluq" yatağından hasil olunacaq məhsulun sahilə və dünya bazarlarına çatdırılması üçün münbit şərait yaradır".
Akqabay Mıradov
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var













.jpg)


















