Enerji
Sabahdan istifadəsinə başlanılır - “Azəriqaz” açıqladı
“Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən yeni növ, əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı sayğacların quraşdırılmasına başlayır.
Publika.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib. Birliyin Sayğacların tətbiqi və idarəedilməsi, nəzarət olunması şöbəsi qeyd edib ki, “Zenner” markalı qaz ölçü qurğularının 2020-ci ildə həm iş prinsipləri, həm də yerli proqram təminatına inteqrasiyası ilə bağlı aparılan sınaq işləri uğurla tamamlanıb.
Sabahdan etibarən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi mövcud qaydalara uyğun olaraq sayğac əvəzlənmələri zamanı yeni sayğaclardan istifadə ediləcək.
Şöbə rəisi Rövşən Məhyəddinovun sözlərinə görə, ilk dəfə olaraq əvvəlcədən ödənişli qaz sayğaclarının proqram təminatı mövcud yerli proqram təminatına inteqrasiya olunub.
O, həmçinin qeyd edib ki, istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də yeni əvvəlcədən ödənişli sayğaclar quraşdırılacaq. Ümumiyyətlə, sayğac əvəzlənməsi zamanı seçim abonentin ixtiyarına buraxılacaq. Onun istəyindən asılı olaraq ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac quraşdırılacaq.
Qeyd edək ki, gələn həftə regionlarda da bu sayğacların quraşdırılmasına başlanılacaq. İlkin mərhələdə bu proses Gəncə və Ağsu şəhərlərində icra olunacaq.
Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriya sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar






















.jpg)















