Enerji
Bakıda möhtəşəm layihə - ÜZƏN STANSİYA TİKİLƏCƏK
Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisinə dair pilot layihə üzrə işlərə başlanması ilə bağlı ilk görüş keçirilib. Görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi “Gamma Solutions” şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb.
Energetika Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə nazirliyin, “Təmiz Şəhər” ASC-nin, Asiya İnkişaf Bankının və layihə üzrə məsləhətçi şirkətin nümayəndələri iştirak ediblər.
Məlumat üçün bildiririk ki, “Gamma Solutions” şirkəti üzən günəş stansiyasının mühəndisliyi, satınalınması, tikintisi, iki il müddətinə istismarı və texniki xidmətinin göstərilməsi üçün keçirilmiş satınalma müsabiqəsinin nəticəsində müəyyən edilib. Müsabiqədə beynəlxalq şirkətlərlə yanaşı, yerli şirkətlər də iştirak ediblər. Satınalma işləri layihənin məsləhətçisi “EQO-NIXUS” şirkəti tərəfindən yerinə yetirilib və layihə üzrə qəbul edilmiş təkliflərin qiymətləndirilməsi nəticəsində “Gamma Solutions” beynəlxalq şirkəti satınalma müsabiqəsinin qalibi elan olunub və şirkətlə müqavilə imzalanıb. Stansiyanın tikintisinin yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, layihə Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı çərçivəsində həyata keçirilən Azərbaycan, Qırğızıstan və Əfqanıstanı əhatə edən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılır.
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ
-
Sosial01:41Bu gün 3 rayon işıqsız qalacaq
-
İdman00:45Ronaldo on illik münasibətdən sonra evləndi - FOTO
-
İKT00:30"SpaceX" bu ölkəni "Starlink" rabitə bölgəsindən çıxardı
-
Magazin200:15Bir bölümdən görün nə qədər qazanacaqlar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir























.jpg)










