Enerji
Neft bu tarixdə dəyər itirəcək - PROQNOZ
“Yaxın günlərdə neftin qiymətinin hazırkı dəyərindən daha aşağı düşməsi müşahidə oluna bilməz. Ona görə ki, düşəcəyi qədər düşüb”.
Bunu Publika.az-a açıqlamasında neft sahəsi üzrə ekspert İlham Şaban deyib. Ekspert bildirib ki, “OPEC+”un may ayı ilə bağlı verdiyi qərar, onun ilkin nəticələri gözlənildiyindən yaxşı oldu:
“Söhbət ötən cümə axşamından gedir. Bazar iştirakçıları tərəfindən də vəziyyət yaxşı qiymətləndirilib. OPEC 500 min barel əvəzinə hasilatı 350 min artırıb. OPEC may və iyunda hasilatı 350 min, iyulda isə 450 min barel artırmağı düşünür. Bu isə yaxşı nəticədir. Digər tərəfdən, dünyada neft ehtiyatları azalır. Ümumi fon üçün hazırkı proses və qiymətlərin mənzərəsi pis deyil. Aprelin 1-də Bakı vaxtilə saat 8-ə qədər biz neft qiymətlərinin 65 dollara qədər qalxdığını gördük. Bundan sonra 64 dollarla bazar korrektə olundu və bağlandı. Cümə günü nə ABŞ-da, nə də Avropada hərraclar keçirildi. Bazar ertəsi hərraclar açılarkən neftin qiymətlərinin ucuzlaşdığını müşahidə etdik”.

İlham Şabanın sözlərinə görə, qiymətlər o səbəbdən ucuzlaşdı ki, Səudiyyə Ərəbistanı hasilatı artıracaq:
“Baxmayaraq ki, bu artım o qədər də çox deyil. 240 min barel həcmində artımdan söhbət gedir. Üç ay ərzində 441 min barelə qədər yüksələcək. Səudiyyə Ərəbistanı üç ay ərzində bazardan çıxmışdı və 3 ay ərzində onu bərpa edəcək. Yəni Ər-Riyad bazara bu həcmlə qayıdır. Bundan əlavə, ABŞ-da və digər ölkələrdə neft ehtiyatları artdığı üçün birjalar buna adekvat reaksiya göstərir. Onun nəticəsidir ki, birjalarda 61 dollara qədər enişi gördük. İndiki halda bu da normaldır”.
Bəs bundan sonra necə olacaq? Ekspertin fikrincə, bundan sonrakı informasiyalara baxmaq lazımdır:
“Tutaq ki, İran Çinə neft ixrac etməyə başlayıb. Heç bir kvotaya məhəl qoymur. Bunlar da bazarda neqativ amillərdir. Nəticədə neftin dünya bazar qiymətində də enmə ola bilər. Beləliklə, bazar mayın ilk günlərində buna öz reaksiyasını göstərəcək. Bu da müsbət reaksiya olmayacaq. 60 dollardan aşağı – 57-58 dollara qədər enmə müşahidə edə bilərik. Ancaq bu, ümumilikdə bazar üçün neqativ tendensiya deyil. Çünki “OPEC+”dan tutmuş, Rusiya, Səudiyyəyə qədər hesab edirlər ki, 50-60 dollar həm istehsalçılar, həm də istehlakçılar üçün məqbul qiymət dəhlizidir”.
Tural Turan
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı














.png)

.jpg)



.jpg)
















