Enerji
Sabirabadda abonentlərin qaz təchizatı yaxşılaşdırılır - FOTO
“Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.
Publika.az-ın xəbərinə görə, Sabirabad rayonunun Muğan prospektində istismar müddəti başa çatmış diametri 159 mm olan yeraltı qaz xətti yerüstü qaz xətti ilə əvəz edilir.
Muğan prospekti və Bulaqlı kəndini əhatə edəcək yerüstü qaz xətti hazır olduqdan sonra 698 abonentin və qeyri-istehlakçıların qaz təchizatı xeyli yaxşılaşacaq. 1400 metr uzunluğunda çəkilən yeni qaz xətti payız-qış mövsümündə təbii qazın normal rejimdə verilməsinə imkan yaradacaq.
Sabirabad rayonu, Kürətrafı ərazidə yaşayan 1700 abonentin də qaz təchizatı xeyli yaxşılaşdırılıb. Rayonun Şərifzadə küçəsindən E.Qəmbərov küçəsinə 628 metr uzunluğunda müxtəlif diametrli əlaqələndirici xətt çəkilib. Bundan əlavə, Suqovuşan kəndində yerləşən qaz paylayıcı stansiyadan 1991-ci ildə çəkilmiş qaz xəttinin əvəzlənməsi işləri də həyata keçirilir. Diametri 219 mm olan şəhərin dairəvi orta təzyiqli qaz xəttinin korroziyaya uğramış 450 metr hissəsinin yenilənməsi artıq yekunlaşıb.
Sabirabadda 2300 metrlik istismar müddəti başa çatmış digər qaz xətti də təmir olunur. Belə ki, mövcud borunun 1700 metri polietilen, 600 metri isə polad boru ilə əvəzlənərək yenilənir. Yeni xətt tam hazır olduqdan sonra 6 min abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.
Qeyd edək ki, görülən işlər “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi tərəfindən həyata keçirilir.
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu
-
İKT21 İyul 21:36"Telegram" kriptovalyuta cüzdanını təqdim edəcək
-
Magazin121 İyul 21:24Günel Bakıda villa tikdirir - FOTO
























.jpg)










