Enerji
“Azəriqaz” yanında İctimai Şuraya seçkilər keçirilir
“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılmasına dair seçkilərə start verilib.
Publika.az xəbər verir ki, seçkilər Birliyin inzibati binasında səhər saat 11:00-dan başlayıb, saat 16:00-dək davam edəcək.
Namizədlər arasında ölkənin ictimai həyatında kifayət qədər nüfuzu olan tanınmış vətəndaş cəmiyyəti institutu və media nümayəndələri yer alır. “Azəriqaz” İB ilk dəfə olaraq seçki prosesini “Facebook” sosial şəbəkəsi üzərindən birbaşa yayımla geniş auditoriyaya təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, seçki prosesinə 2021-ci ilin fevral ayının 16-dan başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı mart ayının 19-dək davam edib.
Ümumilikdə, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya 11 üzv yerinə 17 namizəd irəli sürülüb. Sonrakı mərhələdə səsvermə prosesində təmsilçilərin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı aparılıb və hazırda 71 nəfər səsvermə hüququ əldə edib.
Qeyd edək ki, İctimai Şuranın yaradılması ilə bağlı fəaliyyət göstərən Seçki Komissiyası ortalığa çıxan bəzi anlaşılmazlıqlar və texniki problemlərə dərhal reaksiya göstərib və qısa zamanda həmin çətinliklər aradan qaldırılıb. “Azəriqaz” İB qaz təchizatı sahəsində göstərdiyi xidmətlər üzrə abonent məmnuniyyətinə nail olunmasını, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasını, ictimaiyyətlə səmərəli, qarşılıqlı və faydalı əlaqələrin qurulmasını prioritet vəzifə kimi qəbul edir.
İctimai Şura məşvərətçi təsisat olmaqla Birliyin işində ortalığa çıxa biləcək hər hansı çətinliklər, abonentlərin narazılıqlarının dərhal müzakirə olunması, problemlərin tez bir zamanda həll edilməsi üçün vacib rol oynayacaq.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı














.png)

.jpg)



.jpg)
















