Enerji
“Hər iki qütb Azərbaycanın rolunu yüksək dəyərləndirir” – Politoloq
“Həm Çin, həm də Avropa İttifaqı dünyanın aparıcı güclərindəndir. Onlarla bir sıra məsələləri, problemləri müzakirə etmək, Azərbaycanın və bu güclərin maraqlarına cavab verən amildir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Onun fikrincə, Azərbaycan öz strateji maraqlarına uyğun xarici siyasət yürüdür:
“Azərbaycan üçün bu xarici siyasət prioritlərində həmin güclərlə münasibətlərimizi yaxşılaşdırmaq, inkişaf etdirmək və öz mövqeyimizi bildirmək önəmli faktorlardan biridir. Bu danışıqlar zamanı bir sıra ikitərəfli münasibətlərin müzakirəsi baş tutub. Cənubi Qafqaz regionunda, habelə dünyada Azərbaycanın rolu kifayət qədər yüksək və əvəzsizdir. Avropa İttifaqı da, Çin də Azərbaycanın burdakı yerini, əhəmiyyətini görür və bunu kifayət qədər yüksək qiymətləndirir”.
Azərbaycanın Avropa qitəsinin enerji təhlükəsizliyini təmin edən bir dövlətə çevrildiyini deyən Fikrət Sadıqov sözlərinə belə davam edib:
“Digər tərəfdən nəqliyyat layihələri həyata keçirilir ki, bütün bunlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılır. Müxtəlif marşrutlar da Azərbaycanın ərazisindən keçir. Biz bu layihələrdə fəal şəkildə iştirak edirik. Əgər bu iki qütb bir-biri ilə hər hansısa bir razılığa gəlirsə, deməli, onlar Azərbaycanın da rolunu kifayət qədər yüksək qiymətləndirirlər. Çünki bu layihələr Azərbaycanın ərazisi ilə sıx bağlıdır”.
Rahib Ələsgərli
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?






















.jpg)















