Enerji
Neftin qiyməti ilə bağlı şad xəbər - Daha da bahalaşacaq
ABŞ-ın “Goldman Sachs” sərmayə bankı son vaxtlar peyvəndləmənin daha geniş vüsət alması ilə dünya üzrə iqtisadi fəaliyyətlərin və neftə tələbatın artmasını əsas götürərək yay aylarında “Brent” markalı neftin 80 ABŞ dollarına çatacağını proqnozlaşdırır.
Publika.az Röyters-ə istinadən xəbər verir ki, bu həftə “Brent” markalı neftin qiyməti son iki ilin ən yüksək həddi olan 72,93 dollara çatıb. Bu da cari ilin ikinci yarısında tələbatın artmasına dair gözləntilərdən irəli gəlir. May ayında dünya bazarında neftə gündəlik tələbatın 1,5 milyon barel artaraq 96,5 milyon barelə çatdığı, avqust ayında isə 99 milyon barelə çatacağı bildirilir.
Həmçinin İrana qarşı sanksiyaların ləğvinə dair aparılan danışıqların ləng getməsi nəticəsində də qiymətlər yüksək səviyyədə qala bilər. İranın neft ixracatının payızdan tez bərpa olması inandırıcı görünmür.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?






















.jpg)















