Enerji
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 7 milyard kubmetri ötdü
2021-ci il ilin yanvar-may aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 7,06 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 44 faiz çoxdur.
Publika.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadla məlumat verir.
Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 48,3 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 11,8 faiz artıb.
Yanvar-may aylarında Azərbaycanın magistral kəmərləri ilə 14,6 milyard kubmetr qaz nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz çoxdur.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?






















.jpg)















