Qarabağ belə qazlaşdırılır - EKSPERT AÇIQLADI
Bizi izləyin

Enerji

Qarabağ belə qazlaşdırılır - EKSPERT AÇIQLADI

Son illərdə bütün sahələrdə olduğu kimi, ölkədə qazlaşdırma ilə bağlı da mühüm işlər görülür. 15 il öncə respublika üzrə təbii qazla təminat təxminən 50% səviyyəsində idisə, hazırda yaşayış məntəqələrinin qazlaşma səviyyəsi ən yüksək göstəriciyə - 96 faizə çatıb. Bu o demək deyil ki, hər bir yaşayış məntəqəsi 100% qazlaşdırılıb. Hər bir yaşayış məntəqəsi daim inkişaf edir, yeni evlər və obyektlər tikilir. Odur ki, 100% qazlaşma mümkün deyil.

Publika.az xəbər verir ki, bu sözləri neft-qaz sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. O bildirib ki, Azərbaycan sovet dövrünün qazlaşdırma səviyyəsini keçib:

“Yaşayış məntəqələrinin qaz təminatının keyfiyyəti bir qədər mürəkkəbdir. “Azəriqaz”ın rəhbəri hər cümə günü canlı bağlantı edir, istehlakçılarla, narazı olanlarla ünsiyyət qurur. Ona kifayət qədər müraciətlər daxil olur”.

İ.Şaban işğaldan azad olunan ərazilərin təbii qaz təchizatı üçün ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılmasından da danışıb:

“Erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində bu ərazilərə qaz təminatı dayandırılmışdı. Artıq “Azəriqaz” yeni magistral qaz kəməri çəkir. Hazırda yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutların araşdırılması işləri aparılır. Qeyd olunmuş istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin, sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaq. Planlaşdırılan magistral qaz şəbəkəsi marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəriciləri müəyyən edilir.

İşğaldan azad olunan ərazilərdə yaşayış olan yerlər qazla təmin olunub. Ancaq istər Şuşa, istərsə də digər rayonlara paylama məsələləri qalmaqdadır. Bu, sonranın işidir, istehlakçı olmalıdır. Birinci növbədə sənaye müəssisələrinin qazlaşdırılması həyata keçiriləcək”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm