Enerji
Qazi və şəhid ailələrinin evləri qazlaşdırılır - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2021-ci ilin əvvəlindən etibarən həm 1-ci Qarabağ müharibəsinin iştirakçıları, həm də Vətən müharibəsinin qazi və şəhid ailələrinin müraciətlərini qeydə almağa başlayıb.
Publika.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bununla bağlı müvafiq strukturlarda məsul şəxslər ayrılıb və tərtib olunan tədbirlər proqramı əsasında qeyd edilən kateqoriyadan olan insanların qaz təsərrüfatına dair problemlərinin həllinə çalışılır.
Bu müraciətlər təmin edilərkən əgər qazi və ya şəhid ailəsinin yaşadığı küçədə, məhəllədə digər təbii qazdan istifadə edə bilməyən fərdi yaşayış evləri də varsa, Birliyin daxili imkanları hesabına həmin ərazidə küçə xətlərinin çəkilməsi də təmin edilir.
Bu günlərdə daha bir neçə qazi ailəsinin yaşadığı evlərin qazlaşdırılması yekunlaşıb. Murad Rəhimov gənc yaşlarından vətənpərvər ruhda böyüyüb. O, 2007-ci ildə hərbi xidmətdə olarkən qar uçqununa düşüb. Qar uçqununa düşməsi nəticəsində xəsarət alıb və 2-ci qrup əlil olub. Dövlətin diqqət və qayğısı nəticəsində müalicə olunaraq sağalıb. 2020-ci ildə Vətən müharibəsi başlayan zaman o, könüllü olaraq yenidən ordu sıralarına qoşulub. Döyüş yolu Füzulidən başlayıb, Qubadlı və Şuşa istiqamətində gedən əməliyyatlarda böyük qəhrəmanlıq göstərib. Qazi “Azəriqaz” İstehsalat Birliyinə müraciət edərək, Lənkəran rayonu, Gərmətürk kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. Məsələ Birlik tərəfindən nəzarətə götürülüb, fərdi yaşayış evinə diametri 57 mm olan 153 metr uzunluğunda qaz xətti çəkilib və sayğac quraşdırılıb.
Ramil Məhərrəmovun Vətən müharibəsində döyüş yolu Cəbrayıldan başlayıb, daha sonra Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Qazinin Sabirabad rayonunda 2 ildir inşa olunan yeni fərdi yaşayış evində təbii qazın olmaması onun ailəsi üçün xeyli çətinlik yaradırdı. Bu səbəbdən o, müharibədən qayıtdıqdan sonra “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib və təbii qazın çəkilişi təmin olunub.
Daha bir qazi müraciəti də həllini tapıb. Elşən Mustafayev 1993-1994-cü illərdə 1-ci Qarabağ döyüşlərində iştirak edib. Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb, 2-ci qrup Qarabağ əlilidir. O, “Azəriqaz” İB-yə müraciət edərək Sumqayıt şəhəri, Yaşıldərə adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Dərhal Birliyin baş direktorunun tapşırığı ilə qazinin yaşadığı fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.
Müraciətlərin bir neçəsinə dair video materiallarla aşağıdakı sosial şəbəkə ünvanında tanış ola bilərsiniz.
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...












.jpg)
















.jpg)



.jpg)

