Enerji
Neftin bahalaşması dünyada iqtisadiyyatın dirçəlməsini ləngidə bilər - BEA
Dünya bazarında neft qiymətlərinin yüksəlməsi enerjidəki əvəzlənməni tezləşdirə, eyni zamanda inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın dirçəlməsini ləngidə bilər. S
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin növbəti aylıq hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, OPEC+ formatı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin əlavə tələblər irəli sürməsi, bu ilin avqust ayından etibarən hasilatı artırmaqla bağlı razılaşma əldə edilməməsi nəticəsində "Brent" markalı neftin 1 bareli təxminən 75 dollara satılır.
Hesabat müəlliflərinə görə, koronavirusun (COVID-19) "Delta" ştammının qarşıdakı dövrlərdə yayılması nəticəsində neft bazarında qiymətlərin necə dəyişəcəyi müəmmalıdır. OPEC+ çərçivəsində razılaşmalarla bağlı vəziyyət isə mürəkkəb olacaq, çünki bazarda tələbat ötən il azaldıqdan sonra yenidən artmağa doğru gedir:
"Neftə tələbatı ödəmək üçün emal müəssisələri fəaliyyətini artırır. Odur ki, 2021-ci ilin III rübündə neft ehtiyatlarının azı son 10 il üzrə ən çox tükənməsinin şahidi ola bilərik. Üstəlik, gediş-gəlişlə bağlı məhdudiyyətlərin ləğv olunması sürücülərin kütləvi şəkildə yollara çıxmasına gətirib çıxarıb. Belə ki, ABŞ-da son həftələrin səyahət halları pandemiyadan əvvəlkinə nisbətən xeyli çoxdur".
Sənəddə həmçinin deyilir ki, OPEC+ çərçivəsində hasilat siyasətinə dair aydınlıq yaranana qədər bazarda dalğalanmalar davam edəcək ki, nəticədə enerjidəki əvəzlənmənin nizamlı və təhlükəsiz olacağı ağlabatan görünmür. Çünki bu, nə istehsalçılara, nə də istehlakçılara sərf edir.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ




















.jpg)















