Enerji
Avropa İnvestisiya Bankı bu layihə üçün Azərbaycana kredit ayırır
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi ilə məşğul olan ICGB AD layihə şirkəti 2021-ci ilin dördüncü rübündə Avropa İnvestisiya Bankının (EIB) üçüncü kredit tranşını almağa ümid edir.
Bu barədə Publika.az şirkətə istinadla məlumat verir.
Qeyd olunub ki, 2021-ci ilin ortalarınadək EIB-in təsdiq olunmuş krediti çərçivəsində 60 milyon avro vəsait əldə olunub:
"Kreditin 30 milyon avro məbləğində birinci tranşı 2020-ci ilin avqustunda, eyni məbləğdə ikinci tranşı 2021-ci ilin yanvarında təqdim edilib. 35 milyon avro məbləğində üçüncü tranşın bu ilin dördüncü rübündə verilməsi planlaşdırılır. Biz vəsaitin alınması üçün Avropa Energetika Bərpa Proqramı çərçivəsində müraciət etmişik və noyabrın ortalarınadək 16,5 milyon avro vəsaitin ayrılması gözlənilir".
Qeyd edək ki, IGB layihəsi "Şahdəniz 2" yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ




















.jpg)















