Enerji
OPEC-dən pandemiya dövründə neftlə bağlı İLK NİKBİN PROQNOZ
OPEC gələn il dünya bazarlarında xam neftə tələbatın koronavirus pandemiyasından əvvəlki səviyyəyə qalxacağını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə məlumat neft kartelinin aylıq hesabatında yer alıb. Hesabatda qeyd edilir ki, gələn il xam neftə gündəlik tələbat 3,3 milyon barrel artaraq 99,9 milyon barrelə çatacaq. 2022-ci ilin ikinci yarısında isə gündəlik tələbatın həcmi 100 milyon barrel həddini aşıb keçəcəkdir.
Beynəlxalq qurumun proqnozuna görə, böyük konyunktur paketləri sayəsində dünyada iqtisadi fəallıq artacaq və eyni zamanda, vaksinasiya kampaniyaları və daha təkmil müalicə üsulları sayəsində koronavirus pandemiyasını nəzarət altına almaq mümkün olacaqdır.
Bu il üçün isə OPEC öz gözləntilərini ötənaykı səviyyədə dəyişməz saxlayıb. Qeyd edilib ki, bu il xam neftə tələbat gündəlik 96,6 milyon barrel olmaqla 2020-ci ilin göstəricisindən 6 milyon barrel yuxarı olaraq qalacaq.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ




















.jpg)















