Enerji
Yeddi ayda neft-qaz sektoruna 3,1 milyard manat yönəldildi
Yanvar-iyul aylarında neft-qaz sektoruna 3 milyard 121,1 milyon manat yönəldilib. Ötən ilin eyni ayları ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 10,4 faiz azalıb.
Dövlət Statistika Komitəsindən Publika.az-a bildirilib ki, 7 ayda neft-qaz sektorunda 17 milyard 94,7 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 1,6 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 3,1 faiz geriləyib.
Sənaye məhsulunun 62,7 faizi mədənçıxarma sektorunda istehsal edilib. İyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 103,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 102,9 faiz təşkil edib. Əvvəlki aya nisbətən iyulda istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi üzrə 103,5 faiz olub.
İyulun 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 32 min nəfər çalışıb. Yanvar-iyun aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3230,7 manat təşkil edib.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO



































.jpg)


