Enerji
“Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Bərdədə olacaq
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir.
Publika.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, vətəndaşların məmnunluğuna xidmət edən aksiyanın əhatə dairəsi günü-gündən genişlənir.
“Səyyar qəbul otaqları”nın imkanlarından istifadə edən sakinlərin səsləndirdiyi fikirlər, problem və təkliflər dərhal dəyərləndirilir, müvafiq göstərişlər verilir. Bunun nəticəsidir ki, avqustun 4-dən bu günə qədər aksiya keçirilən 10 ünvanda işlər başlanıb. Bu dəfə Bərdə rayonunun Güloğlular kəndindən gələn müraciətlər “Açıq mikrofon”un təşkilini zəruri edib. 10 sentyabr saat 11:00-dan 13:00-a qədər “Səyyar qəbul otağı” sakinlərin ixtiyarında olacaq. Vətəndaşların tam sərbəst şəkildə öz problemlərini səsləndirməsi üçün bütün şərait yaradılacaq.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video


























.jpg)











