Enerji
Qazın qiyməti rekord həddə çatandan sonra enməyə başladı
Avropada qazın qiyməti ticarət gününə azacıq bahalaşma ilə başlasa da, sonradan ucuzlaşıb.
Publika.az xəbər verir ki, ICE Futures birjasının məlumatına görə, Niderlandın TTF habında qazın noyabr fyuçersinin qiyməti min kubmetrə görə 1235 dollardan başlayıb, sonra isə 1175 dollara enib.
Qeyd edək ki, son aylar Avropa bazarında qazın qiymətində kəskin artım qeydə alınır. Əgər avqustun əvvəlində min kubmetr yanacağın tədarük qiyməti 515 dollar səviyyəsində idisə, sentyabr ayında onun qiyməti iki dəfə bahalaşıb. Bu həftə isə birjada tarixi maksimim qeydə alınıb – min kubmetrə görə 1937 dollar.
Ekspertlərin fikrincə, kəskin qiymət artımı qitədə qaz anbarlarının doluluğunun aşağı səviyyədə olması, əsas təchizatçılar tərəfindən təklifin məhdudlaşması və Asiyada sıxılmış təbii qaza yüksək tələbatla bağlıdır.
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq





































