Enerji
"Azəriqaz" bu ərazilərdə təmir işləri aparır
"Azəriqaz" İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi tərəfindən paytaxtın Azadlıq prospekti ilə Ziya Bünyadov küçələrinin kəsişməsində təmir işləri həyata keçirilir.
"Azəriqaz"dan Publika.az-a verilən məlumata görə, Nəsimi və Binəqədi rayonlarının kəsişməsində diametri 530 və 325 mm olan ortatəzyiqli qaz kəmərlərinin əlaqələndirilməsi işləri aparılır.
"Əsas məqsəd abonentlərin qaz təchizatının yaxşılaşdırılması, hansısa xətdə qəza halı baş verərsə, digər xətdən qaz ötürməklə abonentləri dayanıqlı olaraq təbii qazla təmin etməkdir. Ərazidən çoxsaylı yeraltı kommunikasiya xətlərinin keçməsi texnikanın işləməsinə mane olduğundan əməkdaşlarımız işin ən ağır mərhələsini icra ediblər. Əl ilə qazma üsulundan istifadə edərək sözügedən ərazidə qazma işlərini yekunlaşdırıblar. Artıq qoşma işləri həyata keçirilir, günün sonunadək işlərin yekunlaşdırılması nəzərdə tutulub", - məlumatda bildirilib.
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq





































