Enerji
“Azəriqaz” qaz xətlərini yeniləyir - VİDEO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.
Publika.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Şəmkir Regional qaz istismarı İdarəsinin Qazax xidmət sahəsi tərəfindən istismar müddəti başa çatan yeraltı qaz xətlərinin əvəzlənməsi işləri həyata keçirilir. Ağstafa rayonunda da korroziyaya uğrayan yeraltı qaz xətlərinin yenilənməsi işləri icra olunur. Yeni xətlər hazır olduqdan sonra xeyli abonentin qaz təchizatı yaxşılaşdırılacaq.
Bundan əlavə Qaradağ rayonu, Sahil qəsəbəsində on min abonentin qaz təchizatı yaxşılaşdırılır. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi tərəfindən diametri 325 mm olan korroziyaya uğramış yeraltı qaz xətti diametri 315 mm olan yeni polietilen boru ilə əvəzlənib. Kəmərdə qaz təzyiqinin tənzimlənməsi üçün kollektor və ölçü qovşağı quraşdırılıb. Qaz istehlakçılarını normal təzyiqdə təbii qazla təmin etmək üçün ölçü qovşağında tənzimləyici qurğular quraşdırılıb.
Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq













.jpg)





















