Enerji
Yeni layihə Qarabağda tətbiq olunacaq - Nazir
Ölkə başçısı tərəfindən Qarabağ və Şərqi Zəngəzur regionu birlikdə yaşıl enerji zonası kimi elan edilib. Cənab Prezidentin Energetika Nazirliyinə belə bir tapşırığı olub. Biz hazırda bütün regionda yaşıl enerji zonasının tətbiq edilməsi üzrə konsepsiya sənədi hazırlayırıq.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, layihə üzrə işlər demək olar ki, sona çatdırılıb: "Hazırda hökumətlə razılaşdırılmaqdadır. Konsepsiya imkan verəcək ki, bölgədə tam şəkildə enerji istehsalını bərpa olunan enerji vasitəsilə həyata keçirək. Eyni zamanda istehlakçı hissəsində də yüksək, yaşıl texnologiyaların tətbiqi vasitəsilə bu sahədə yaşıl enerji artımına nail olaq".
Pərviz Şahbazov qeyd edib ki, yeni layihə işğaldan azad olunmuş ərazilərdə tətbiq olunacaq: "Azərbaycanda enerji sektorunda islahatlar davam edir. Mərhələli şəkildə bütün bu məsələlərə baxılmaqdadır. Hökumət tərəfindən beynəlxalq təcrübə dərindən öyrənilərək Azərbaycanda bu islahatların ən yüksək səviyyədə aparılması labüddür. Biz də bu istiqamətdə müvafiq işlər aparırıq. Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq addım-addım bu işlər həyata keçirilir. Bir neçə ay əvvəl bərpa olunan enerji mənbələri ilə bağlı Azərbaycanda yeni qanun bərpa olundu. Enerji effektivliyi sahəsində Azərbaycanda yeni qanun qəbul olundu. Bu qanunların ölkədə tətbiq edilməsi üçün bir sıra, hətta çox sayda alt qanunvericilik aktları qəbul olunmalıdır, onlar işlənib hazırlanmalıdır. Hazırda nazirlik, o cümlədən digər dövlət qurumları tərəfindən bu qanunlar hazırlanmaqdadır. Bunlar hamısı hazır edildikdən sonra mərhələli şəkidə islahatlar həyata keçiriləcək".
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl

























.jpg)









