Enerji
Sekuta: Dünyada 800 milyon insan elektrik enerjisi ilə təmin olunmayıb
“İqlim dəyişiklikləri bizim qapımızı döyür. Biz artıq digər enerji ehtiyatlarından da səmərəli istifadə etməliyik”.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta VIII Qlobal Bakı Forumunda deyib.
“Enerjiyə olan ehtiyac təkcə bu gün yaranmır, eyni zamanda gələcək üçün də düşünməliyik. Dayanaqlı inkişaf məqsədlərini izləməliyik. Ona nail olmaqla dayanaqlı, müasir enerji mənbələrinə əlçatanlığı təmin edəcəyik. Dünyada 800 milyon insan elektrik enerjisi ilə təmin olunmayıb, 3 milyard insan isə yaxşı qida təhlükəsizliyinə çıxış əldə etməyib. Əlbəttə ki, insan nə qədər sağlam qida ilə təmin olunursa, bu onun sağlamlığına müsbət təsir edir”, - deyə o, qeyd edib.
R.Sekuta həmçinin yenilənən enerji mənbələrinin günbəgün artdığını diqqətə çatdırıb: “Düşünürəm ki, gələcəkdə daha sərfəli olan hidrogen enerjisindən daha çox faydalanacağıq”.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO














.jpg)

.jpg)

















.jpg)


