Enerji
Alternativ enerjiyə keçidin vacibliyini dərk etməliyik - Ana Palasio
Alternativ enerji mənbələrinə keçid etməli olduğumuzun vacibliyini dərk etməliyik.
Publika.az xəbər verir ki, bunu İspaniyanın keçmiş xarici işlər naziri Ana Palasio “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq: hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxış edərkən deyib.
Keçmiş nazir qeyd edib ki, dövlətlər yalnız külək və günəş enerjisi ilə məhdudlaşmamalı, həmçinin hidrogen enerjisinə keçid etməlidir: "Biz istixana qazlarının atmosferə buraxılmasını azaltmalıyıq. Yalnız danışmaqla, müzakirələrlə yox, praktikada həll yolları göstərməliyik".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl

























.jpg)









