Enerji
Ruslan Əliyev media nümayəndələri ilə görüşdü - FOTO
Ölkənin yeganə qaz təchizatçısı olan “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Açıq qapı” aksiyası davam edir.
Publika.az xəbər verir ki, aksiya çərçivəsində Birliyin baş direktoru Ruslan Əliyev bu gün növbəti dəfə Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə görüş keçirib.
Sayca 3-cü dəfə təşkil olunan aksiyada baş direktor media nümayəndələrinin ünvanladıqları sualları cavablandırıb.
Ruslan Əliyev həmçinin sosial şəbəkə üzərindən daxil olan suallara da aydınlıq gətirib. Baş direktor bildirib ki, aksiya təşkil olunmamışdan öncə sosial şəbəkələr və saytlar vasitəsilə aksiyanın keçirilməsi ilə bağlı əvvəlcədən məlumat verilməsi hər ötən aksiyada media nümayəndələrinin daha aktiv iştirak etmələrinə səbəb olur. KİV nümayəndələrinə aksiyada iştirak etmək, habelə onları maraqlandıran sualları heç bir maneə olmadan birbaşa “Azəriqaz” İstehsalat Birliyinin baş direktoruna ünvanlamaqları üçün istənilən şərait yaradılır.
Birliyin baş direktoru bir daha media nümayəndələrini bu aksiyada fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, “Açıq qapı” aksiyası hər həftənin 5-ci günü saat 10:00-dan 12:00-a qədər “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında təşkil olunur. Həmçinin mətbuat nümayəndələri ilə keçirilən görüş Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır.
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl

























.jpg)









