Enerji
“Azəriqaz”da media nümayəndələri ilə növbəti görüş keçirildi
Ölkənin yeganə qaz təchizatçısı olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Açıq qapı” aksiyası davam edir.
Publika.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya çərçivəsində Birliyin Baş direktoru Ruslan Əliyev bu gün növbəti dəfə Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə görüş keçirib. Sayca 4-cü dəfə təşkil olunan aksiyada Baş direktor media nümayəndələrinin ünvanladıqları bütün sualları cavablandırıb.
KİV nümayəndələri ilə daha şəffaf və operativ əlaqə yaratmaq üçün “Azəriqaz” İB media nümayəndələrinə hər həftənin 5-ci günü “Açıq qapı” aksiyasının imkanlarından istifadə edərək, onları maraqlandıran sualları birbaşa olaraq Birliyin Baş direktoruna ünvanlamaq üçün şərait yaradır.
Qeyd edək ki, media nümayəndələri üçün “Açıq qapı” aksiyasında iştirak etmək tamamilə könüllüdür. O, hər həftənin cümə günü “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur. Mətbuat nümayəndələri ilə keçirilən görüş Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır.
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl

























.jpg)









